|
||||||
|
|
|||||
|
||||||
|
Şirkətin fəaliyyət sahəsi - lift və eskalatorların, inşaat liftləri və platformaların, eləcə də avtomatik qapıların satışı, quraşdırılması və istismara verilməsi ilə bağlı işlərin geniş spektrini özündə birləşdirməkdən ibarətdir. “IKMA Services” aşağıdakı xidmətləri təklif edir: “IKMA Services” şirkəti müştərilərlə müqavilə imzalandıqdan sonra avadanlığın istehsala verilməsi, qablaşdırılması, yüklənməsi, nəqliyyat işləri, çatdırılması, eləcə də quraşdırılması işlərini öz üzərinə götürür. Avadanlıqların mexaniki quraşdırlma işləri sona çatdıqdan sonra işə salınması və sınaqdan keçirilməsi kimi vacib və məsuliyyətli proses də “İKMA Servises”in əməkdaşları tərəfindən həyata keçirilir. Vaxtında göstərilmiş texniki xidmət avadanlığı fəaliyyət dövründə artıq xərclərdən azad edir və fəaliyyət müddətinin uzanmasına gətirib çıxarır. Texniki xidmət mütəxəssislərinin əsas vəzifəsi Sizin liftlərinizin, eskalatorlarınızın və avtomatik qapılarınızın etibarlı işini təmin etməkdir. Bu mütəxəssislər texniki xidmət üzrə dünya standartlarına uyğun təlimatlandırılıblar. Hər bir müştərinin tələbi müxtəlifdir. Müştərilərin tələb və istəklərini nəzərə alaraq“İKMA Servises” müxtəlif xidmət paketləri təklif edir. “İKMA Servises” köhnə avadanlıqların sökülməsi – demontajı xidmətini təklif edir. Bundan əlavə liftlərinizin xidmət müddəti ərzində təhlükəsiz, etibarlı və minimum enerji sərfiyyatı ilə işləyə bilməsi üçün modernləşdirməyə ehtiyac var. Şirkətimizin modernləşdirmə xidməti nəticəsində liftlərdə təhlükəsizlik və komfort təmin edilir, eləcə də liftlərin estetik görünüşünü də artırır. Modernləşdirmə, bina istifadəçiləri üçün normal iş prosesinin pozulmaması və avadanlıqdan istifadənin əlverişliliyi, bina sahibləri üçün isə enerjidən istifadə effektivliyinin yüksəldilməsi deməkdir. Bununla da sonuncu istismar xərclərinə xeyli qənaət etmiş olursunuz. |
|