Liftlərin Təmir və yeniləməsi-cover

Liftlərin Təmir və yeniləməsi


Liftlərin təmiri uzunmüddətli layihələr üçün olduqca əhəmiyyətli proseslərdən biridir. Hazırki dövrdə də lift xidmətləri daxilində “İKMA Servises” köhnə avadanlıqların sökülüb yenisi ilə əvəz edilməsini də təklif edir. Uzun illər istismarda olan liftlərin xidmət müddəti ərzində təhlükəsiz, etibarlı və minimum enerji sərfiyyatı ilə işləyə bilməsi üçün modernləşdirilməyə ehtiyacı var. Şirkətimizin liftlərin modernləşdirmə xidməti vasitəsilə onların təhlükəsizliyi və rahatlığı təmin edilir, eləcə də liftlərin estetik görünüşü yaxşılaşdırılır.
Modernləşdirmə binada şaquli nəqliyyat istifadəçiləri üçün normal iş prosesinin pozulmaması, avadanlıqdan istifadənin rahatlığı, bina sahibləri üçün isə enerjiyə və istismar xərclərinə xeyli qənaət deməkdir.

Liftlərin təmiri nasazlıq zamanı ən önəmli sırada dayanan məsələdir. “Binanın ürəyi” sayılan liftin dayanması tərəfimizdən fövqəladə vəziyyət kimi qiymətləndirilir. Lift təmirinə anında başlamaq, vəziyyəti təcili olaraq aradan qaldırmaq, lifti bina sahibi və sakinlərin istifadəsi üçün bərpa etməkdə öz üzərimizdə həm müqavilə öhdəlikləri, həm də mənəvi və peşəkarlıq baxımından məsuliyyət hiss edirik. Lift təmiri zamanı peşəkar komandamız istənilən situasiyada sizin yanınızda olur və yaran çətinliklərin aradan qaldırılması üçün səylə çalışır.
Əlbəttə ki, bu problemin həlli üçün yüzlərlə çeşiddən ibarət anbar ehtiyatımız mövcuddur. Ehtiyat bazamızda olan hissələr və avadanlıqların hamısı təxirəsalınmaz lift təmiri xidmətləri üçün tam işlək və hazır vəziyyətdədir. Anbarda olmayan ehtiyat hissəsini isə müxtəlif daşınma üsulları ilə ölkə xaricindən ən qısa zamanda təchiz etmək imkanlaımız var. Bununla yanaşı, “İKMA SERVİCES” olaraq müxtəlif şirkətlərlə tərəfdaşlıq etməklə əlaqələrimizi daha da artırırıq və müştəri məmnuniyyəti üçün inkişaf yönümlü təkliflərə açığıq.